Dana Uayt “UFC Fight Night Baku” azarkeşlərinə müraciəöt edib - VİDEO

22 May 2026 20:54
142
Dana Uayt “UFC Fight Night Baku” azarkeşlərinə müraciəöt edib

UFC prezidenti Dana Uayt “UFC Fight Night Baku” turniri azarkeşlərinə çağırış edib.

İdman.Biz-in məlumatına görə, dünyanın ən böyük MMA-promouşen təşkilatının rəhbəri azarkeşləri Azərbaycanın paytaxtında keçiriləcək turnirə qatılmağa çağırıb.

“Hər kəsə salam! UFC bu dəfə Milli Gimnastika arenasında! Mən həmişə demişəm ki, Bakı o qədər gözəl bir şəhərdir ki, mütləq görməyə dəyər”, - deyə Dana Uayt bildirib.

O, həmçinin turnirin iki əsas döyüşünü, o cümlədən azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres arasındakı döyüşü vurğulayıb.

Xatırladaq ki, bu il “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

İdman.Biz