UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədovun “Roskomnadzor”a (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) 300 min rubl (7 min manat) borcu yaranıb.
İdman.Biz Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş döyüşçü internetdə reklam yayımına görə məcburi ödənişləri etməyib.
Məlumata görə, Həbib bu səbəbdən bank hesablarının bloklanması təhlükəsi ilə üz-üzə qalıb.
Qeyd edək ki, H.Nurməhəmmədovun hesabları 2024 və 2025-ci illərdə də bloklanmışdı.
