Topuriya: “Maxaçevi istədiyim üsulla məğlub edə bilərəm”

21 May 2026 12:26
114
Topuriya: “Maxaçevi istədiyim üsulla məğlub edə bilərəm”

İliya Topuriya qarışıq döyüş növlərindəki karyerasının gələcəyi ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, UFC-nin yüngül çəkidə çempionu iyunun 15-də ABŞ-də, Ağ Evdə keçiriləcək UFC turnirində Castin Qetce ilə titul döyüşünə çıxacaq.

Topuriya bildirib ki, hazırda karyerası ilə bağlı proqnoz vermək onun üçün çətindir: “Bu döyüşdən sonra motivasiyamı nəyin qoruyacağını bilmirəm”.

Gürcü döyüşçü özünü dünyanın ən yaxşı idmançısı hesab etdiyini də vurğulayıb. O, İslam Maxaçev üzərində istənilən üsulla qələbə qazana biləcəyinə tam əmin olduğunu deyib.

Topuriyanın sözlərinə görə, o, Maxaçevi həm fəndlə, həm də nokautla məğlub edə bilər. 28 yaşlı döyüşçü MMA-da keçirdiyi 17 döyüşün hamısında qələbə qazanıb.

İdman.Biz
Məqalədə: