İranda MMA döyüşçüsü Qulamrza Xani Şəkrab İsrailin xeyrinə kəşfiyyat əməkdaşlığı və casusluq ittihamı ilə edam olunub.
İdman.Biz xəbər verir ki, İran məhkəmə hakimiyyəti onun barəsində çıxarılan hökmün Ali Məhkəmədə təsdiqləndiyini və hüquqi prosedurlardan sonra icra edildiyini açıqlayıb.
Məlumata görə, Xani Şəkrab “Mossad”ın xaricdəki əməliyyat şəbəkələrindən birinin üzvü kimi çalışıb. Məhkəmə onun ölkə daxilində şəxsləri şəbəkəyə cəlb etməyə və təhlükəsizlik əleyhinə fəaliyyətlərdə istifadə etməyə çalışdığını bildirir.
Qeyd olunur ki, idman fəaliyyəti ilə əlaqədar səfərlər edən Xani Şəkrab sonradan İsrail kəşfiyyat xidməti tərəfindən hədəfə alınıb.
