Makqreqor Holloueyə qarşı döyüşə hazırlıqdan FOTOLAR paylaşıb

1 İyun 2026 22:18
57
Makqreqor Holloueyə qarşı döyüşə hazırlıqdan FOTOLAR paylaşıb

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor məşqindən fotolar paylaşıb.

İdman.Biz bildirir ki, irlandiyalı keçmiş yarımyüngül çəki çempionu Maks Holloueylə döyüşə hazırlaşır. Döyüş iyulun 12-də Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək UFC 329-un əsas döyüşü olacaq.

Bu, Makqreqorun təxminən dörd il ərzində ilk qarışıq döyüş sənəti döyüşü olacaq. İrlandiyalı sonuncu dəfə 2021-ci ilin iyul ayında UFC 264-də oktaqonda döyüşmüş və ilk raundda ayağından ağır zədə aldıqdan sonra Dastin Poiryeyə texniki nokautla məğlub olmuşdur.

Maqreqorun MMA karyerasında 22 qələbə və altı məğlubiyyət rekordu var.

İdman.Biz