UFC prezidenti Dana Uayt, döyüşçülər arasında dava ilə bağlı narahatlıqlar səbəbindən UFC 328-də təhlükəsizliyin gücləndiriləcəyini etiraf edib.
İdman.Biz bildirir ki, tədbir mayın 10-da Nyu-Cersi ştatının Nyuark şəhərində keçiriləcək.
Tədbirin əsas döyüşü məğlubedilməz 31 yaşlı UFC orta çəkidə titul sahibi BƏƏ-dən olan Həmzət Çimayev və keçmiş UFC çempionu amerikalı Şon Striklend arasında olacaq.
“Qulaq asın, uşaqlar, bu, zarafat deyil, döyüşdən əvvəl Nyu-Cersidə təhlükəsizliyi gücləndiririk. Bu, tamamilə ağlasığmaz bir həftəsonu olacaq”, - deyə Uayt “Bloody Elbow”ya bildirib.
