Azərbaycanlı döyüşçü Tofiq Musayev və çilili İqnasio Bahamondes arasındakı döyüş rəsmi olaraq “Mart ayının döyüşü” kimi tanınıb. Sietldəki turnirdə baş tutan bu döyüş mütəxəssislər tərəfindən inanılmaz dinamikası və güzəştsiz təbiəti ilə təriflənib.
İdman.Biz-in məlumatına görə, UFC mətbuat xidməti bu məlumatı yayıb.
Xatırladaq ki, Tofiq Musayev rəqibi üzərində yekdil qərarla qalib gəlib. Üç raunddan sonra hakimlər döyüşü 29:28, 29:27 və 30:27 hesabı ilə Azərbaycan idmançısının xeyrinə qiymətləndiriblər.
