Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirib.
İdman.Biz xəbər verir ki, 36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə çilili İqnasio Bahamondeslə üz-üzə gəlib.
Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər - 29:28, 29:27, 30:27. Bu nəticə Musayevin UFC-də ilk qələbəsi olub.
Qeyd edək ki, idmançı ilk döyüşündə ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) məğlub olub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə çıxış edib və təmsilçimiz Rafael Fiziyevə uduzub.
