Qırğızıstanlı MMA döyüşçüsü Medet Jeenaliyev İssık-Kul gölündə faciəvi şəkildə həlak olub.
İdman.Biz xəbər verir ki, hadisə Baktoo-Dolonotu kəndində qeydə alınıb.
İki məktəbli qız güclü dalğa zamanı suda batmağa başlayıb, bundan sonra Jeenaliyev iki dostu ilə birlikdə onların köməyinə gedib. Məktəbliləri xilas etmək mümkün olsa da, idmançı sudan çıxa bilməyib.

Qeyd edək ki, Medet Jeenaliyevin 30 yaşı var idi. O, peşəkar MMA-da dörd döyüş keçirib, iki qələbə qazanıb və iki məğlubiyyət alıb. Qırğızıstanlı döyüşçü son görüşünü 2019-cu ilin avqustunda Həştərxanda keçirilən "Gorilla Fighting 16" turnirində keçirib və rusiyalı Makkaşarip Zaynukova uduzub. Buna qədər Jeenaliyev Moskva, Tolyatti və Nazran şəhərlərindəki turnirlərdə çıxış edib.
