Çimayev məğlub oldu, amma rəqibindən daha çox qazandı

14 May 2026 10:28
141
Çimayev məğlub oldu, amma rəqibindən daha çox qazandı

UFC döyüşçüsü Həmzət Çimayev Şon Striklendə qarşı titul döyüşündə məğlub olsa da, qazanc baxımından rəqibini xeyli geridə qoyub.

İdman.Biz “GiveMeSport”a istinadla xəbər verir ki, Çimayev UFC 328-dəki döyüşə görə 3,09 milyon ABŞ dolları (5,25 milyon AZN) qazanıb. Yeni çempion Striklendin qonorarının isə 1,08 milyon ABŞ dolları (1,84 milyon AZN) olduğu bildirilir.

Döyüş beş raund davam edib. Hakimlər qələbəni bölünmüş qərarla Striklendə veriblər: 48:47, 47:48, 48:47. Nəticədə amerikalı döyüşçü UFC-nin orta çəkidə yeni çempionu olub.

BƏƏ-ni təmsil edən Çimayev bununla karyerasında ilk məğlubiyyətini alıb. Onun aktivində 15 qələbə və bir məğlubiyyət var. Striklend isə karyerasında qələbələrinin sayını 31-ə çatdırıb.

İdman.Biz