Bakıda təşkil ediləcək UFC turnirində azərbaycanlı Fərman Həsənov da iştirak edəcək
İdman.Biz bildirir ki, yarımorta çəki dərəcəsində mübarizə aparan Həsənov debüt görüşünü amerikalı Erik Nolana qarşı keçirəcək.

Həsənov bu yaxınlarda UFC ilə rəsmi müqavilə imzalayıb. Fərmanın qarışıq döyüş növlərində 5 qələbəsi var və məğlubiyyəti yoxdur.
Bakıda baş tutacaq "UFC Fight Night" turniri iyunun 27-də keçiriləcək. Gecənin əsas döyüşü yüngül çəkidə azərbaycanlı Rafael Fiziyev ilə Manuel Torres arasında olacaq. Azərbaycanlı döyüşçü Nazim Sadıxovun Mateus Kamilo ilə qarşılaşması da turnir çərçivəsində nəzərdə tutulur.
