27 iyun tarixində Bakıda baş tutacaq "UFC Fight Night" turnirinin ilkin kardına yeni döyüşlər əlavə edilib.
İdman.Biz-in məlumatına görə, gecənin əsas döyüşü yüngül çəkidə Rafael Fiziyev ilə Manuel Torres arasında olacaq. Eyni zamanda, ilkin kardda altı döyüş yer alır. Onların arasında Azərbaycanlı döyüşçü Nazim Sadıxovun Mateus Kamilo ilə qarşılaşması da var.
Profil mənbələrə əsasən, ilkin kard belədir:
Ağır çəki: Rizvan Kuniyev - Tayrell Forçun
Orta çəki: Nursulton Ruziboyev - Andrey Pulyaev
Yüngül ağır çəki: Julius Uoker - Abdul-Rahman Yahyaev
Ən yüngül çəki: Bekzat Almaxan - Yan Matsumoto
Yarım orta çəki: Daniil Donçenko - Andreas Gustafsson
Yüngül çəki: Nazim Sadıxov - Mateus Kamilo.
Qeyd edək ki, döyüşlərin yekun sıralaması turnirə yaxın dəyişə bilər.
"UFC Baku"nun əsas kardında isə hazırda aşağıdakı döyüşlər yer alır:
Yüngül çəki: Rafael Fiziyev - Manuel Torres
Orta çəki: Şarabutdin Maqomedov - Mişel Pereyra
Orta çəki: Marvin Vettori - İsmayıl Naurdiyev
Orta çəki: Brunno Ferreyra - İkram Aliskerov
Ən yüngül çəki: Asu Almabayev - Çarlz Conson
Orta çəki: Mixal Oleksiejçuk - Abusupiyan Maqomedov
Qeyd edək ki, UFC turniri 27 iyunda Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.
