Həmzət Çimayev “UFC 328” turnirində Şon Striklendə məğlub olduqdan sonra çəki dərəcəsini dəyişmək istədiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, keçmiş çempion amerikalı rəqibinə hakimlərin qərarı ilə uduzaraq orta çəkidə UFC titulunu itirib.
Çimayev bildirib ki, artıq bu çəkidə çıxış etmək niyyətində deyil:
“Yuxarı çəkiyə keçmək istəyirəm. Daha bu çəki dərəcəsində döyüşmək istəmirəm”.
Xatırladaq ki, mayın 10-da ABŞ-nin Nyuark şəhərində qarışıq döyüş növləri (MMA) üzrə “UFC 328” turniri baş tutub. Gecənin əsas hadisəsi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Hamzat Çimayevlə ABŞ-li Şon Striklend arasında orta çəki dərəcəsində keçirilən titul döyüşü olub. Beş raund davam edən qarşılaşma hakimlərin qərarı ilə Striklendin qələbəsi ilə yekunlaşıb.
