Topuriya Qetji ilə döyüş barədə: “İlk dəqiqədə rəqibimin çənəsini sındıracağam”

9 May 2026 22:16
159
Topuriya Qetji ilə döyüş barədə: “İlk dəqiqədə rəqibimin çənəsini sındıracağam”

Hazırda UFC-nin yüngül çəkidə çempionu olan 29 yaşlı məğlubedilməz ispan-gürcü İliya Topuriya “UFC Freedom 250”də 70 kq çəkidə müvəqqəti çempion amerikalı Castin Qetji ilə döyüşü barədə danışıb.

İdman.Biz bildirir ki, turnir iyunun 14-də təşkil olunacaq.

“Qarşımda kimin olmasının fərqi yoxdur. 14 iyunda rəqibimin çənəsini ilk dəqiqədə sındıracağam”, -Topuriya mətbuat konfransında bildirib.

İspan-gürcü idmançı peşəkar qarışıq döyüş sənətçisi kimi debütünü 2015-ci ilin aprelində edib. O, Şimali Amerika Matador Liqasında 2020-ci ilin oktyabrında yarışmağa başlayıb. İlyanın rekorduna 17 qələbə daxildir ki, bunlardan yalnız ikisi qərarla olub və heç bir məğlubiyyət olmayıb.

İdman.Biz