Gəncəli MMA döyüşçüsü 17 ildən sonra Vətənində yarışacaq

9 May 2026 12:36
100
Gəncəli MMA döyüşçüsü 17 ildən sonra Vətənində yarışacaq

Azərbaycanlı MMA döyüşçüsü 18 ildən sonra kəmər görüşünü doğma divarlar arasında keçirəcək.

Peşəkar MMA döyüşçüsü Vüsal Azərioğlu sabah, mayın 10-da Bakıda keçiriləcək "Karabakh Fight Championship" turnirində çempionluq kəməri uğrunda döyüşəcək. Ağır çəki dərəcəsində (93+ kq) çıxış edən idmançı gürcüstanlı Beka Çxipuri ilə üz-üzə gələcək.

Döyüş Bakıdakı Sərhədçi İdman Kompleksində baş tutacaq. İdmançı bildirib ki, gecənin əsas qarşılaşmalarından biri məhz onun döyüşü olacaq.

36 yaşlı idmançı Gəncə ilə bağlı fikirlərini də bölüşüb:

"Gəncədənəm, uşaqlığım orada keçib. Amma 17 ildir Türkiyədə yaşayıram. Gəncə şəhər 31 nömrəli tam orta məktəbdə oxumuşam", - deyə o, gencexeber.az-a açıqlamasında bildirib.

Döyüşçü vurğulayıb ki, Azərbaycan və Türkiyə bayraqları altında çıxış edəcək:

"İnşallah öz Vətənimdə, evimdə döyüşəcəyəm. Qarabağ adını daşıyan bir kəmər uğrunda mübarizə aparmaq mənim üçün böyük qürurdur. Qələbəni bütün Gəncə xalqına hədiyyə etmək istəyirəm", – Vüsal Azərioğlu əlavə edib.

Qeyd edək ki, "Karabakh Fight Championship" turnirində dünyaca məşhur UFC çempionatında çıxış edən bir sıra tanınmış döyüşçülərin də iştirak edəcəyi bildirilir.

İdman.Biz