Çimayev ilk dəfə məğlub oldu, UFC kəmərini itirdi - VİDEO

10 May 2026 09:10
84
Çimayev ilk dəfə məğlub oldu, UFC kəmərini itirdi - VİDEO

Nyuarkda(Nyu-Cersi ştatı) keçirilən “UFC 328” turnirində orta çəkidə Həmzət Çimayevlə Şon Striklend arasında titul döyüşü baş tutub.

İdman.Biz xəbər verir ki, qarşılaşma bütün beş raund davam edib və ABŞ-li döyüşçünün hakimlərin qərarı ilə qələbəsi ilə yekunlaşıb.

Bu məğlubiyyət Çimaevin peşəkar MMA karyerasında ilk olub. Onun aktivində hazırda 15 qələbə və bir məğlubiyyət var.

Striklend isə 31-ci qələbəsini qazanaraq UFC-nin orta çəki üzrə çempionluq kəmərinə sahib çıxıb. ABŞ-li döyüşçünün hesabında həmçinin yeddi məğlubiyyət var.

Xatırladaq ki, Çimaev əvvəlki döyüşündə Drikus dü Plessini hakimlərin yekdil qərarı ilə məğlub edərək çempion olmuşdu. Striklend isə Həmzətlə qarşılaşmadan öncə Entoni Ernandesi nokaut etmişdi.

İdman.Biz