Striklend Çimayevə yol göstərdi: “Çəkini dəyiş və rahatlaş”

10 May 2026 16:34
93
Striklend Çimayevə yol göstərdi: “Çəkini dəyiş və rahatlaş”

UFC-nin orta çəkidə çempionu, amerikalı Şon Striklend BƏƏ-ni təmsil edən Həmzət Çimayevin yarımağır çəkiyə keçmək istəyi barədə danışıb.

İdman.Biz xəbər verir ki, Striklend keçmiş rəqibinin bu qərarını düzgün addım saya biləcəyini bildirib.

Onların döyüşü ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərində keçirilən UFC 328 turnirinin əsas qarşılaşması olub və amerikalı döyüşçünün hakimlərin bölünmüş qərarı ilə qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Striklend UFC-nin orta çəkidə çempionu adına sahib çıxıb.

“Düşünürəm ki, bunu etməlidir. Çünki çəki salmaq səni öldürür. Yarımağır çəkiyə qalx və bundan zövq al. Orada rəqabət daha azdır”, – deyə Striklend mətbuat konfransında bildirib.

Qeyd edək ki, Şon Striklendin peşəkar karyerasında 31 qələbə və yeddi məğlubiyyət var. Amerikalı döyüşçü 16 qələbəsini vaxtından əvvəl qazanıb. O, debütünü 2008-ci ilin martında edib.

İdman.Biz