Striklend Çimayevlə münaqişəsinin saxta olduğu fikrini şərh edib

11 May 2026 19:53
94
Striklend Çimayevlə münaqişəsinin saxta olduğu fikrini şərh edib

UFC orta çəkili çempionu, amerikalı Şon Striklend, BƏƏ döyüşçüsü Həmzət Çimayevlə qarşıdurmasının saxtakarlıq olduğu fikrini şərh edib.

İdman.Biz bildirir ki, onların döyüşü Nyu-Cersi ştatının Nyuark şəhərində keçirilən UFC 328-in əsas qarşılaşması olub və Striklend hakimlərin bölünmüş qərarı ilə qalib gəlib. Beləliklə, Striklend UFC orta çəkili çempionu olub.

Şon Striklend sosial media səhifəsində yazıb: “Əlbəttə ki, bu, real idi, amma biz sadəcə bir-birimizin ömrünü qısaltdıq... Düşünürəm ki, nifrət tükəndi... Ona ən yaxşısını arzulayıram və ümid edirəm ki, yarımağır çəkidə hamını məğlub edəcək”.

İdman.Biz