Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş MMA üzrə peşəkar döyüş gecəsi keçirilib.
İdman.Biz bildirir ki, turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Tacikistan, Özbəkistan və Qazaxıstandan olan idmançılar mübarizə aparıblar.
İdmançımız Gözəl Zutova (75 kq) Özbəkistan təmsilçisi Xədicəbonu Tursunkulovanı 5 raundluq liqanın ilk kəmər döyüşünün birinci raundunda məğlub edərək qələbə qazanıb. Elnar İbrahimov (66 kq) özbəkistanlı Əzizbək Abdullayevi ilk raundda üstələyib. Əli Şərifov (77 kq) azərbaycanlı Bəhruz Fətullayevi məğlub edib, İqbal Əliyev (66 kq) isə Ziya Ağayev üzərində qələbə qazanıb.
İlkin Babayev (93 kq) həmyerlimiz Fərid Məmmədovu məğlub edib. Vüsal Aziroğlu (93 kq) Gürcüstan təmsilçisi Beka Çxipuri üzərində qələbə qazanıb. Amin Əlili (62 kq) həmyerlimiz Aqşin Qədiməliyevi üstələyib. Ömər Mutayev (77 kq) isə Ömər Məmmədlini məğlub edərək döyüş gecəsini qələbə ilə başa vurub.
