Rafael Fiziyev Bakı döyüşünə Taylandda hazırlaşır - FOTO

13 May 2026 14:09
102
Rafael Fiziyev Bakı döyüşünə Taylandda hazırlaşır - FOTO

UFC döyüşçümüz Rafael Fiziyev Bakıda “UFC Fight Night” çərçivəsində keçirəcəyi döyüşə hazırlığını Taylandda davam etdirir.

İdman.Biz xəbər verir ki, “Ataman” ləqəbli idmançı “Tiger Muay Thai” düşərgəsində məşqlərini intensiv şəkildə sürdürür. Fiziyev həm texniki hazırlıq, həm də sparrinq üzərində işləyərək Bakıdakı döyüşə formada çıxmağa çalışır.

Qeyd edək ki, “UFC Fight Night” turniri 27 iyun 2026-cı ildə Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.

Fiziyev üçün bu qarşılaşma xüsusi əhəmiyyət daşıyır. O, doğma azarkeşlər önündə çıxış edəcək və qələbə qazanaraq yüngül çəkidə mövqeyini gücləndirməyə çalışacaq.

İdman.Biz