ABŞ-li UFC döyüşçüsü Dastin Porye Həbib Nurməhəmmədov və ABŞ-li Con Cones barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, o yerli mətbuata açıqlamasında vurğulayıb ki, hər iki döyüşçü onu heyran edib.
“Onlar zirvəyə çıxıblar və uzun müddət orada qalıblar! Halbuki bu MМА-dır və enişli-yoxuşlu günlər var” – deyə Dastin Porye qeyd edib.
Həbib Nurməhəmmədov MМА-da 29 döyüş keçirib, 29 qələbə qazanıb və UFC-nin yüngül çəkidə çempion kəmərinə sahibdir. Con Cones isə yarı ağır və ağır çəkidə UFC titullarına sahib olub və rekordunu 28 qələbə, yalnız bir məğlubiyyətdir.
