Rusiyanın “Axmat” döyüş klubunun MMA döyüşçüsü Cihad Yunusov komandadan kənarlaşdırılıb.
İdman.Biz xəbər verir ki, klub qərarı döyüşçünün “yolverilməz davranışı” ilə əlaqələndirib. “Axmat”ın social şənəkə hesabında yayılan açıqlamada Yunusovun klubun mənəvi və etik normalarına uyğun gəlməyən hərəkətinə görə heyətdən çıxarıldığı bildirilib.
Buna səbəb sosial şəbəkələrdə yayılan görüntülər olub. Videoda Yunusovun Qroznıda yaşayış binasının pilləkənində qadınla mübahisə etdiyi, daha sonra ona zərbələr endirdiyi görünür. O, zərərçəkəni müdafiə etməyə çalışan digər qadına da hücum edib.

İnsidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən yoxlama aparılır. Hadisənin səbəbi kimi binanın girişində quraşdırılan müşahidə kamerası göstərilir. Yunusovun həmin kameranın sökülməsini tələb etdiyi bildirilir.

Qeyd edək ki, Cihad Yunusov peşəkar MMA-da 2012-ci ildən çıxış edir. Onun aktivində 19 qələbə və yeddi məğlubiyyət var.
