Makqreqorun qayıdışı rəsmiləşdi

17 May 2026 09:29
114
Makqreqorun qayıdışı rəsmiləşdi

UFC döyüşçüsü, iki çəki dərəcəsində sabiq çempion Konor Makqreqorun oktaqona dönüşü rəsmiləşib.

İdman.Biz xəbər verir ki, UFC rəhbəri Dana Uayt irlandiyalı döyüşçünün 11 iyulda UFC 329 turnirində Maks Holloueyə qarşı döyüşəcəyini açıqlayıb. Qarşılaşma ABŞ-nin Las-Veqas şəhərindəki “T-Mobile Arena”da keçiriləcək.

Döyüş yarımorta çəkidə baş tutacaq. Bu, Hollouey üçün 77 kq çəki dərəcəsində ilk çıxış olacaq.

Makqreqor sonuncu dəfə 2021-ci ilin yayında oktagona çıxıb. O, Dastin Puaryeyə qarşı döyüşdə ağır ayaq zədəsi alaraq məğlub olub. Bundan sonra irlandiyalı idmançı dəfələrlə UFC-yə qayıtmaq niyyətini açıqlasa da, onun dönüşü müxtəlif səbəblərdən təxirə düşüb.

Hollouey əvvəlki döyüşünü bu ilin martında UFC 326 turnirində keçirib və Çarlz Oliveyraya hakimlərin yekdil qərarı ilə uduzub.

Qeyd edək ki, bu, Makqreqor və Hollouey arasında ikinci duel olacaq. Tərəflər ilk dəfə 2013-cü ildə qarşılaşıblar və həmin döyüşdə Makqreqor hakimlərin yekdil qərarı ilə qalib gəlib.

İdman.Biz