“UFC Freedom 250” turniri 14 iyunda Ağ Evdə keçiriləcək.
İdman.Biz xəbər verir ki, əsas qarşılaşmada İliya Topuriya (17-0) və Castin Qetji (27-5) yüngül çəkidə titul uğrunda mübarizə aparacaqlar.
İkinci əsas qarşılaşma Aleks Pereyra (13-3) və Siril Qan (13-2) arasında aralıq ağır çəkidə titul uğrunda döyüş olacaq.
Tədbirdə daha dörd döyüş keçiriləcək:
● Şon O'Meyli (19-3) vs. Aymann Zahabi (14-2);
● Maurisio Ruffi (13-2) vs. Maykl Çendler (23-10);
● Bo Nikal (8-1) vs. Kayl Dokas (17-4);
● Dieqo Lopes (27-8) vs. Stiv Qarsiya (19-5)
