Mıktıbek Orolbay Mahaçevlə döyüşmək istəyir

15 Mart 2026 15:48
83
Mıktıbek Orolbay Mahaçevlə döyüşmək istəyir

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilən “UFC Fight Night 269” turnirində qırğızıstanlı döyüşçü Mıktıbek Orolbay böyük uğura imza atıb.

İdman.Biz xəbər verir ki, amerikalı Kris Kortisə qarşı keçirdiyi döyüşdə o, rəqibini 19 dəfə yerə sirməklə (teykdaun) yarımyüngül çəki dərəcəsinin rekordunu yeniləyib.

Bu nəticə eyni zamanda bütün çəki dərəcələri üzrə UFC tarixinin üçüncü ən yüksək göstəricisidir. Hazırda bu siyahıda liderliyi 21 uğurlu teykdaunla (UFC 160 turnirində Abel Truxilyoya qarşı) əfsanəvi döyüşçü Həbib Nurməhəmmədov qoruyur. İkinci pillədə isə 20 teykdaunla (UFC 320 turnirində Kori Sandhagenə qarşı) gürcüstanlı Merab Dvalişvili qərarlaşıb.

Orolbay mətbuat konfransında çıxış edərək hədəfinin mütləq rekord olduğunu və Mahaçevlə gələcəkdə qarşılaşmaq arzusunda olduğunu gizlətməyib:

“İslamı izlədim. Çox güclü və balanslı döyüşçüdür. Onun həm ayaqüstü mübarizəsi, həm də güləşi yüksək səviyyədədir. UFC bu döyüşü təşkil etsə, mən hər kəslə, o cümlədən çempionla da döyüşməyə hazıram”.

İdman.Biz