Mirko KroKop Nqannu ilə 20 milyon dollar müqabilində döyüşməyə hazır olduğunu bildirib

14 Mart 2026 20:01
125
Mirko KroKop Nqannu ilə 20 milyon dollar müqabilində döyüşməyə hazır olduğunu bildirib

2006-cı il “Pride FC Openweight” Qran-prisinin qalibi, daha çox “KroKop” kimi tanınan 51 yaşlı xorvatiyalı Mirko Filipoviç, ona keçmiş UFC ağır çəki çempionu kamerunlu Fransis Nqannu ilə MMA döyüşü təklif olunduğunu açıqlayıb.

“Çox yaxşı dostum, ciddi bir oğlan, böyük bir MMA təşkilatının rəhbəri mənə zəng edib dedi: “Bilirəm ki, məşq edirsən, yaxşı formadasan. Fransis Nqannu ilə döyüşməyə hazırsan?” Mən soruşdum: “Kim?” O, təkrarladı: “Fransis Nqannu”. Mən cavab verdim: “Döyüşmək nə deməkdir? Döyüşməyi nəzərdə tutursan, yoxsa, kart, şahmat oynamağı, üzgüçülüyü, qaçışı? Əsl döyüşdə döyüşmək?” O isə dedi: “Bəli, MMA qaydalarına görə”.

Mən gülməyə başladım. O, dəlidir! Əgər rəqiblərimi ən pisdən ən yaxşıya doğru sıralamalı olsaydım, Fransis Nqannu ən pis olardı! O, məndən neçəyə döyüşəcəyimi soruşdu. Dedi ki, onunla döyüşmək üçün 500 min dollar və anamın Nqannu ilə döyüşəcəyimi biləndə reaksiyasını görmək üçün 19,5 milyon dollar lazımdır.

Mənə döyüşü çox gec, may ayında təklif etdilər. Mənə üç ay əvvəl zəng etməli idilər ki, guya 20 milyon dollar ödəniləcək bir döyüşə hazırlaşmağa başlaya bilim. Bəs məni öldürəndən sonra pulları kim xərcləyərdi (gülür)”, - Filipoviç RMC Sport-a verdiyi müsahibədə deyib.

İdman.Biz