UFC-nin yüngül çəki dərəcəsində sabiq çempionu Çarlz Oliveyra təşkilatla olan müqaviləsinin müddətini uzadıb.
İdman.Biz “AG Fight” nəşrinə istinadla xəbər verir ki, tərəflər arasında imzalanan yeni saziş səkkiz döyüşü əhatə edir.
Oliveyranın məşqçisi Dieqo Lima müqavilədən olduqca razı qaldıqlarını bildirib:
“Bu, möhtəşəm bir müqavilədir, pis heç nə deyə bilmərik. Komandada hər kəs onun adına sevinir. Çarlz 40 yaşına qədər döyüşə bilər. Əgər onun MMA-dan gedəcəyini gözləyirsinizsə, bir az da gözləməli olacaqsınız”.
Qeyd edək ki, Çarlz Oliveyra son döyüşündə Maks Holloueyə qalib gələrək MMA karyerasındakı qələbə sayını 37-yə çatdırıb. Hazırda braziliyalının aktivində 37 qələbə və 11 məğlubiyyət var.
