Rafael Fiziyevin Bakıdakı UFC turnirində rəqibi məlum olub - FOTO

29 Aprel 2026 22:39
164
Rafael Fiziyevin Bakıdakı UFC turnirində rəqibi məlum olub - FOTO

Azərbaycanlı döyüşçü Rafael Fiziyevin Bakıda keçiriləcək UFC turnirindəki rəqibi bəlli olub.

İdman.Biz ufc.azerbaijan “Instagram” hesabına istinadla xəbər verir ki, Fiziyev meksikalı Manuel Torres ilə döyüşəcək. Qarşılaşmanın iyunun 27-də Milli Gimnastika Arenasında keçirilməsi planlaşdırılır.

Yaxın vaxtlarda təşkilatın bu qarşıdurmanı rəsmən elan edəcəyi gözlənilir.

Qeyd edək ki, İdman.Biz daha əvvəl meksikalı idmançını Fiziyevin potensial rəqibi kimi qeyd etmişdi.

İdman.Biz