Bakıda keçiriləcək UFC turnirinin iştirakçısı olan rusiyalı döyüşçü, “Şara Bullet” ləqəbi ilə tanınan Şarabutdin Maqomedov yaxın vaxtlarda satışa çıxacaq “UFC 6” oyunu barədə danışıb.
İdman.Biz xəbər verir ki, döyüşçü oyun istehsalçılarına müraciət edərək özünəməxsus fəndlərinin oyuna əlavə olunmasını xahiş edib.
“Fəndlərimi oyuna əlavə edin”, - deyə Maqomedov sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, “UFC 6” cari ilin iyun ayının ortalarında “Xbox” və “PlayStation” platformaları üçün satışa çıxarılacaq.
Artıq 27 iyunda Şarabutdin Maqomedov Bakıda keçiriləcək UFC turnirində braziliyalı Maykl Pereyra ilə üz-üzə gələcək.
Onun təşkilat çərçivəsində son döyüşü 26 iyul 2025-ci ildə baş tutub. Maqomedov həmin qarşılaşmada Marc-Andre Barriault üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.
