UFC çempionu İslam Mahaçevin növbəti döyüşünün nə zaman baş tutacağı hələlik qeyri-müəyyən olaraq qalır.
İdman.Biz xəbər verir ki, idmançının məşqçisi hələlik dəqiq tarixin müəyyənləşmədiyini bildirib. Onun sözlərinə görə, İslam Mahaçev və Umar Nurmaqomedovun döyüşləri ilə bağlı hazırda yalnız şayiələr gəzir.
Məşqçi UFC rəsmi elan vermədən hər hansı dəqiq fikir söyləməyin hələlik qeyri-mümkün olduğunu vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Mahaçev iyulda rinqə qayıda biləcəyinə işarə etmişdi. UFC rəhbəri Dana Uayt isə çempionun dönüşünün avqust ayında baş tutacağını bəyan etmişdi.
