Topuriya Makqreqorla döyüş üçün şərtini açıqladı

21 Aprel 2026 13:58
181
Topuriya Makqreqorla döyüş üçün şərtini açıqladı

UFC-nin yüngül çəkidə çempionu, gürcüəsilli ispaniyalı döyüşçü İliya Topuriya sabiq ikiqat çempion Konor Makqreqorla mümkün döyüş barədə danışıb.

İdman.Biz xəbər verir ki, döyüşçü fikirlərini dəvət aldığı podkastlardan birində açıqlayıb.

“Bu, hazırda düşündüyüm məsələ deyil. Amma belə döyüşlə bağlı təklif alsam... Baxarıq, Konor hansı vəziyyətdə olacaq. Əgər o, qələbə qazansa, yaxşı qayıdış etsə və mənə təklif gəlsə... Görərik. Mən heç vaxt belə imkanlar üçün qapını bağlamıram. İndiki halda biz eyni səviyyədə olmasaq da, o, çox populyardır və insanlar onu tanıyır”, - deyə Topuriya bildirib.

İdman.Biz