Maxaçev Həbibin komandasının PSJ-yə necə azarkeşlik etdiyi göstərib – VİDEO

29 Aprel 2026 01:49
184
Maxaçev Həbibin komandasının PSJ-yə necə azarkeşlik etdiyi göstərib – VİDEO

Yarımorta çəkidə UFC çempionu İslam Maxaçev sosial şəbəkə hesabında Həbib Nurməhəmmədovun komandası ilə birlikdə UEFA Çempionlar Liqasın yarımfinal oyununda PSJ - “Bavariya” qarşılaşmasını izlədikləri görüntüləri paylaşıb.

İdman.Biz xəbər verir ki, futbol azarkeşi olan döyüşçülər Parisdə baş tutan və doqquz qolun vurulduğu dramatik mübarizəni böyük həyəcanla izləyiblər. Maxaçevin paylaşdığı videoda komanda üzvlərinin iki nəfərdən başqa hamısının PSJ-yə azarkeşlik etdiyi görünür.

Qeyd edək ki, doqquz qolun vurulduğu tarixi matç PSJ-nin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Bu qarşılaşmanın cavab oyunu mayın 6-da Münhendə keçiriləcək.

İdman.Biz