Fransanın PSJ və Almaniyanın “Bavariya” futbol komandaları arasında UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün birinci yarımfinal matçı keçirilib. İlk oyun PSJ-nin 5:4 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, komandalar arasında cavab oyunu mayın 6-da "Arena Münhen" stadionunda keçiriləcək.
00:35
Fransanın PSJ və Almaniyanın “Bavariya” futbol komandaları arasında UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün birinci yarımfinal matçı keçirilir. Parisin “Park de Prens” stadionunda baş tutan görüşdə meydan sahibləri rəqibini darmadağın edirlər.
İdman.Biz xəbər verir ki, hazırda hesab 5:4 parisli futbolçuların xeyrinədir.
Oyunun 17-ci dəqiqəsində Harri Keyn penaltini dəqiq yerinə yetirərək münhenliləri önə çıxarıb. Lakin 25-ci dəqiqədə Xviça Kvarasxeliya tarazlığı bərpa edib. 33-cü dəqiqədə Jao Neveş PSJ-nin ikinci qoluna imza atıb. 41-ci dəqiqədə Maykl Olise hesabı bərabərləşdirsə də (2:2), birinci hissənin sonuna əlavə olunmuş beşinci dəqiqədə Usman Dembele penalti ilə fransızları yenidən irəli çıxarıb.
İkinci hissəyə də aktiv başlayan PSJ 56-cı dəqiqədə Xviça Kvarasxeliyanın dublu ilə fərqi artırıb. 58-ci dəqiqədə isə Usman Dembele özünün ikinci, komandasının beşinci qolunu rəqib qapısından keçirib. Dayo Upamekano 63-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb - 5:3. Beş dəqiqə sonra isə Luis Diaş hesabı 5:4 edib.
