İngiltərənin “Brayton” futbol komandası qadın futbolu üçün Avropada ilk ixtisaslaşmış stadionun inşası ilə bağlı planlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, təxminən 80 milyon funt sterlinq (172 milyon 232 min AZN) dəyərində olacaq yeni arena xüsusi olaraq qadın idmançıların ehtiyacları nəzərə alınmaqla layihələndiriləcək. Bu layihə qadın futbolunun inkişafında yeni mərhələ kimi qiymətləndirilir.

On min tamaşaçı tutumu nəzərdə tutulan stadionun açılışı 2030/31 mövsümünə planlaşdırılır. Yeni arenanın kişi komandasının ev oyunlarını keçirdiyi və 32 minə yaxın azarkeş tutumuna malik “Falmer Stadium”un yaxınlığında inşa edilməsi nəzərdə tutulub.


