“Atletiko” Niko Qonsales üçün “Yuventus”la bazarlığa başlayıb

28 Aprel 2026 22:33
142
“Atletiko” Niko Qonsales üçün “Yuventus”la bazarlığa başlayıb

İspaniyanın “Atletiko” futbol komandası argentinalı hücumçu Niko Qonsalesin müqaviləsindəki icbari satınalma bəndinin aktivləşməsindən qaçmağa çalışır.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi oyunçunun daimi transferi üçün nəzərdə tutulan 32 milyon avro (64 milyon AZN) məbləği həddindən artıq yüksək hesab edir. Klub rəhbərliyi Nikonun çıxışından razı qalsa da, transfer qiymətini aşağı salmaqda israrlıdır. Futbolçunun özü də karyerasını Madriddə davam etdirməyə üstünlük verir.

İtaliyanın “Yuventus” futbol komandası isə razılaşma şərtlərinin yerinə yetirilməsini tələb edir. Turinlilər ya qeyd olunan məbləğin ödənilməsini istəyir, ya da argentinalı oyunçunu növbəti mövsüm üçün əsas fiqurlardan biri kimi komandada saxlamağı planlaşdırır. Məşqçilər korpusu Nikonu Fransişku Konseysau ilə birlikdə hücum xəttinin açar oyunçusu kimi görür.

İdman.Biz