Futbolda 424 günlük həsrətdən sonra on dəqiqəlik faciə - FOTO

28 Aprel 2026 22:24
137
Futbolda 424 günlük həsrətdən sonra on dəqiqəlik faciə - FOTO

İngiltərənin “Hall Siti” futbol komandasının belçikalı yarımmüdafiəçisi Eliot Matazo karyerasının ən ağır günlərini yaşayır.

İdman.Biz xəbər verir ki, dizinin çarpaz bağları qopduğu üçün 14 ay meydanlardan uzaq qalan 24 yaşlı futbolçu uzunmüddətli reabilitasiyadan sonra nəhayət heyətə qayıdıb. Ümumilikdə 424 gün futboldan kənarda qalan Matazonun qayıdışı gözlənilməz faciə ilə nəticələnib.

Belə ki, ilk oyununun onuncu dəqiqəsində belçikalı oyunçunun digər dizinin çarpaz bağları qopub. Bu ağır zədə səbəbindən o, yenidən əməliyyat olunmalı və uzun bərpa prosesi keçməlidir.

Ardıcıl iki ağır zədə səbəbindən Eliot Matazonun ümumilikdə təxminən iki il yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Onun futbola qayıdışı ən yaxşı halda 2027-ci ildə mümkün olacaq.

İdman.Biz