Səudiyyə Ərəbistanının “Əl-Əhli” futbol komandasının üzvü Riyad Mahrez Asiya Çempionlar Liqasında qazanılan uğura görə bütün komanda yoldaşlarını mükafatlandırıb.
İdman.Biz xəbər verir ki, əlcəzairli ulduz ardıcıl ikinci qalibiyyət münasibətilə komandanın hər bir üzvünə “Rolex” saatı hədiyyə edib. Özəl olaraq hazırlanan saatların arxa tərəfində hər bir futbolçunun adı və nömrəsi həkk olunub.

Həmin saat modelinin qiyməti 20 min avrodan (40 min AZN) çoxdur.
