İspaniya Hakimlər Komitəsi La Liqanın 32-ci turu çərçivəsində geçirilən “Betis” – “Real” oyunundakı (1:1) mübahisəli qolla bağlı müzakirələrə son qoyub.
İdman.Biz xəbər verir ki, qurum tərəfindən verilən rəsmi açıqlamada “Betis”in qolunun qaydalar çərçivəsində vurulduğu təsdiqlənib. Komitə hakimlərin qərarının doğru olduğunu və epizodda heç bir qayda pozuntusunun aşkarlanmadığını bəyan edib.
