“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Qalatasaray”la keçirəcəkləri səfər oyunundan əvvəl rəqibin güclü tərəflərini dəyərləndirib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis Türkiyə təmsilçisinin əsas üstünlüyünün kollektiv oyun və doğma stadionundakı yüksək enerji olduğunu bildirib.
“Qalatasaray” həm komanda şəklində, həm də fərdi baxımdan keyfiyyətli futbol nümayiş etdirə biləcək oyunçulara malikdir. Viktor Osimhen çox vacib hücumçudur, Rafael Leao isə çox yaxşı cinah futbolçusudur. Amma onların yerini komandanın oyun sistemində doldura biləcək başqa futbolçular da var.
Mənim üçün “Qalatasaray”ın ən vacib xüsusiyyəti kollektiv mübarizəsi, komanda şəklində necə oynaması və öz stadionunda nümayiş etdirdiyi enerjidir. Onların həm müdafiədə, həm də hücumda fərdi bacarıqları yüksək olan futbolçuları var”, - deyə Emeri vurğulayıb.
Baş məşqçi İstanbul təmsilçisinin azarkeş dəstəyinə də xüsusi diqqət çəkib:
“Bizim üçün ən böyük çətinlik yalnız rəqibin ayrı-ayrı futbolçuları deyil. Əsas məsələ stadiondakı atmosfer, komandanın kollektiv enerjisi və yüksək intensivliklə oynamasıdır”.
Qeyd edək ki, “Qalatasaray” - “Aston Villa” qarşılaşması bu gün İstanbulda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
