İspaniya La Liqasında 13-cü tura “Levante” - “Elçe” qarşılaşması ilə yekun vurulub.
İdman.Biz xəbər verir ki, “Syudad de Valensiya” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qolsuz tamamlanan ilk hissədən sonra hesabı qonaqlar açıblar. Roy Revivo 62-ci dəqiqədə “Elçe”ni önə keçirib.
“Levante” isə məğlubiyyətdən son dəqiqələrdə xilas olub. Dani Rekena 88-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra “Levante” 12 xalla 15-ci, “Elçe” isə 11 xalla 19-cu pillədə qərarlaşıb.
Turnir cədvəlinə 36 xalla “Barselona” başçılıq edir. “Real Madrid” 33 xalla ikinci, “Atletiko” 31 xalla üçüncüdür. İlk beşliyi “Betis” (27 xal) və “Real Sosyedad” (22 xal) tamamlayır.
