“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda keçmiş komandası “Mançester Siti”yə qarşı keçirəcəkləri səfər oyunundan danışıb.
İdman.Biz “Manchester Evening News” nəşrinə istinadən xəbər verir ki, belçikalı futbolçu İngiltərə təmsilçisinin baş məşqçisi Enzo Mareskanın oyun fəlsəfəsinə yaxşı bələd olduğunu vurğulayıb.
“Əlbəttə, “Siti”nin necə oynadığını başa düşürəm. Enzonu tanıyıram, onun hansı futbolu sevdiyini və oyunçularını meydanda necə yerləşdirdiyini bilirəm.
Düşünürəm ki, futbol oynamaq üçün hər zaman cəsarətli olmaq lazımdır. Yalnız uzun ötürmələrə və təkbətək mübarizələrə güvənmək olmaz”, - deyə De Bruyne bildirib.
Belçikalı yarımmüdafiəçi keçmiş komandasına qarşı görüşdə “Napoli”nin cəsarətli futbol nümayiş etdirməsinin vacibliyinə diqqət çəkib.
