“Başakşəhər”dən möhtəşəm geridönüş, Bertuğdan het-trik

23 Noyabr 2026 23:02
37
“Başakşəhər”dən möhtəşəm geridönüş, Bertuğdan het-trik

Türkiyə Super Liqasında 12-ci tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, turun son qarşılaşmasında “Başakşəhər” doğma meydanda “Çorum”u qəbul edib. Altı qolun vurulduğu görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar 29-cu dəqiqədə Xesus Ramiresin qolu ilə hesabı açıblar. Fasiləyə üstün yollanan “Çorum” 68-ci dəqiqədə Ermin Mahmiçin sayəsində fərqi iki topa çatdırıb.

Lakin “Başakşəhər” oyunun sonlarında möhtəşəm geridönüş edib. Eldor Şomurodov 77-ci dəqiqədə fərqi azaldıb, Bertuğ Yıldırım isə 82-ci dəqiqədə hesabı bərabərləşdirib. Türkiyəli hücumçu 86-cı dəqiqədə komandasını önə keçirib.

Bertuğ 90+1-ci dəqiqədə daha bir qol vuraraq həm het-trikini rəsmiləşdirib, həm də qarşılaşmanın yekun hesabını müəyyənləşdirib. Beləliklə, hücumçu doqquz dəqiqə ərzində üç dəfə fərqlənib.

Bu qələbə ilə “Başakşəhər” xalını 20-yə çatdıraraq turnir cədvəlində yeddinci pilləyə yüksəlib, “Çorum” isə 16 xalla 11-ci pillədə qalıb.

İdman.Biz