“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “Sabah”la Çempionlar Liqası qarşılaşmasından əvvəl Bakıda keçiriləcək mətbuat konfransında iştirak edəcək.
İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə yanaşı, Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flik də media qarşısına çıxacaq.
Mətbuat konfransı noyabrın 24-də Bakı Olimpiya Stadionunda saat 19:15-də başlayacaq.
“Catalunya Ràdio”nun məlumatına görə, “Barselona” həmin gün Bakı vaxtı ilə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi arenada məşq edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Sabah” və “Barselona” komandaları qarşılaşacaq. Görüş noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
