“Barselona”nın əvəzedici komandasında çıxış edən Mirza Çatoviç ciddi zədə alıb.
İdman.Biz Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin sol ayağının incik sümüyündə sınıq aşkarlanıb.
Futbolçu “Barselona Atletik”in “Espanyol”un əvəzedicilərinə qarşı keçirdiyi derbi matçında zədələnib. Rəqib qapıçı ilə toqquşmadan sonra Çatoviç oyunu davam etdirə bilməyib və meydanı axsayaraq tərk edib.
“Mirza Çatoviçin tibbi müayinəsi onun sol ayağının incik sümüyündə sindesmoza təsir edən sınıq olduğunu təsdiqləyib. Futbolçu çərşənbə axşamı əməliyyat olunacaq”, - deyə klubun açıqlamasında bildirilir.
Əməliyyat bu günə planlaşdırılıb. Futbolçunun bərpa müddəti barədə əlavə məlumat cərrahi müdaxilədən sonra veriləcək.
Çatoviçin ən azı iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, serbiyalı yarımmüdafiəçi mövsümün əvvəlində “Ştutqart”dan icarəyə götürülüb. Müqavilədə onun birdəfəlik transfer hüququnun alınması variantı da nəzərdə tutulub.
Gənc futbolçu cari mövsümdə baş məşqçi Juliano Bellettinin əsas heyətdə güvəndiyi oyunçulardan biri olub.
