“Qara Qarayev” kitabı təqdim olunub - FOTO

28 Aprel 2026 21:36
202
“Qara Qarayev” kitabı təqdim olunub - FOTO

Yazıçı Murad Aksoyun Azərbaycan futbol millisinin müdafiəçisi, uzun illər “Qarabağ”ın forması ilə mübarizə aparmış Qara Qarayevin həyat yolundan bəhs edən “Qara Qarayev” kitabının təqdimat mərasimi və imza günü təşkil olunub.

İdman.Biz xəbər verir ki, tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və kitabın qəhrəmanı, tanınmış futbolçu Qara Qarayev iştirak ediblər.

Müəllif qeyd edib ki, futbolçunun yaşıl meydanlardakı mübarizəsi təkcə hesabla bağlı olmayıb:

“O, meydana çıxarkən həm də uzun illər işğal altında olan Qarabağın adını və haqq savaşını dünyaya çatdırmağı hədəfləyib. Məcburi köçkünlük dövrünü yaşayan bir klubun və eyni taleyi paylaşan oyunçunun uğurunun sirri hər zaman qələbəyə olan sonsuz inamdan keçib”.

Tədbirdə Azərbaycanda bir futbolçunun mürəkkəb və şərəfli uğur yolunu işıqlandıran bu kitabın yeniyetmə və gənclər üçün mühüm motivasiya rolu oynayacağı vurğulanıb.

İdman.Biz