Hakim boş VAR otağı ilə məsləhətləşib qərar verdi - VİDEO

28 Aprel 2026 23:25
194
Hakim boş VAR otağı ilə məsləhətləşib qərar verdi - VİDEO

İndoneziya çempionatının “Persiba Balikpapan” - “PSS Sleman” qarşılaşmasında futbol dünyasını heyrətləndirən kuryoz hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, matçın 50-ci dəqiqəsində, hesab açılmadığı vaxtda “Persiba Balikpapan”ın müdafiəçisi Rikal Vierinin rəqibinə qarşı kobud müdaxiləsi baş hakim Naufal Adya Fairuskinin diqqətindən qaçmayıb. Referi əvvəlcə futbolçuya sarı vərəqə göstərsə də, daha sonra VAR sisteminə müraciət etmək qərarına gəlib.

Hadisənin ən maraqlı məqamı isə hakim monitora yaxınlaşdığı an baş verib. Canlı yayım zamanı daxili kameralar VAR otağını göstərib və həmin otağın tamamilə boş olduğu, orada heç bir videoassistentin əyləşmədiyi məlum olub. Buna baxmayaraq, baş hakim boş otaqla “məsləhətləşdikdən” sonra meydana qayıdaraq sarı vərəqəni ləğv edib və Rikal Vieriyə birbaşa qırmızı vərəqə göstərib.

Hadisə böyük müzakirələrə səbəb olduqdan sonra liqa rəhbərliyi rəsmi açıqlama ilə çıxış edib. Qurum iddia edib ki, əslində bütün hakimlər öz yerlərində olublar, sadəcə yayım zamanı texniki nasazlıq səbəbindən kadrda səhvən boş otaq əks olunub.

Qeyd edək ki, sözügedən qarşılaşma bir-bir hesabı ilə yekunlaşıb.

İdman.Biz
Məqalədə: