Çempionlar Liqasında rekord sayda qol vuruldu

29 Aprel 2026 01:11
186
Çempionlar Liqasında rekord sayda qol vuruldu

UEFA Çempionlar Liqasının birinci yarımfinal mərhələsində PSJ və Almaniyanın “Bavariya” futbol komandaları arasında keçirilən qarşılaşma turnirin tarixinə düşüb. Parisdə baş tutan oyun doqquz qolla yadda qalıb.

İdman.Biz xəbər verir ki, bu, Çempionlar Liqası tarixində ən çox qol vurulan ilk yarımfinal matçı kimi qeydə alınıb. Hər iki komanda hücum futbolu nümayiş etdirərək azarkeşlərə unudulmaz gecə yaşadıblar.

Qeyd edək ki, 1959/1960-cı illər Avropa Çempionlar Kubokunun yarımfinalında "Ayntraxt" "Reyncers"i 6:3 hesabı ilə məğlub etsə də, turnir fərqli formatda keçirilib.

Xatırladaq ki, bu möhtəşəm mübarizənin cavab qarşılaşması bir həftə sonra - 6 may tarixində keçiriləcək.

İdman.Biz