İlya Topuriya peşəkar boksa keçmək istəyir

30 Aprel 2026 14:41
153
İlya Topuriya peşəkar boksa keçmək istəyir

Yüngül çəki dərəcəsində UFC çempionu İlya Topuriya peşəkar boksa keçmək niyyətindədir. O, yaxın zamanda Ceyk Pol ilə sparrinq keçirmək barədə razılığa gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə ABŞ-li boksçu və bloqer Ceyk Pol məlumat verib.

“Onlar ictimai şəkildə, canlı efirdə hər şeyə hazır olduqlarını deməli olurlar, amma iş real mərhələyə çatanda heç nə alınmır. Görək nə olacaq. Mən ona hörmət edirəm. Amma boks döyüşü? Düzünü desəm, bu mənim üçün sadəcə isinmədir. MMA qaydaları ilə isə o, yəqin ki, qalib gələrdi. Həqiqət budur ki, bu döyüşçülərin hamısı həddindən artıq özlərini tərifləyir və dünyaya olduğundan daha üstün olduqlarını göstərməyə çalışırlar”, – deyə Ceyk Pol bildirib.

İdman.Biz
Məqalədə: