Rusiyalı UFC çempionu İslam Maxaçev Ilia Topuria ilə döyüşünün “Ultimate Fighting Championship”in Ağ Evdə keçirilməsi planlaşdırılan turnirində niyə baş tutmadığını izah edib.
İdman.Biz xəbər verir ki, 34 yaşlı yarımağır çəki dərəcəsində UFC kəmərinin sahibi bildirib ki, qarşılaşma ilkin razılaşmaya baxmayaraq təşkil olunmayıb:
"Mən artıq paylaşım etmişdim. Mənə zəng etdilər, döyüşü təsdiqlədilər – müqavilə göndərilməmişdi, amma şifahi razılıq vermişdim. Növbəti gün yenidən zəng etdilər və dedilər ki, rəqib çox böyük qonorar tələb edib və UFC bunu qəbul etməyib – artıq aktual deyil. Hər şey belə oldu", – deyə Mahaçev mətbuatla ünsiyyətdə bildirib.
Hazırda Mahaçev UFC-də 16 qələbəlik seriyaya malikdir. Ümumilikdə onun hesabında 28 qələbə və bir məğlubiyyət var.
