Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Avstraliyada keçiriləcək “UFC 325”in əsas döyüşü olacaq braziliyalı Maurisio Ruffi ilə qarşılaşması ilə bağlı gözləntilərini bölüşüb.
İdman.Biz bildirir ki, Rafael Fiziyev - Maurisi Ruffi döyüşü fevralın 1-nə keçən gecə olacaq.
“Mən bütün həyatım boyu onun kimi insanlarla, dünyanın hər yerindən güclü hücumçularla döyüşmüşəm. Maurisio mənim həyatımda, karyeramda yaxşı, güclü zərbə endirən ilk rəqib deyil. Bilirəm ki, o, ilin ən yaxşı nokaut mükafatını qazanıb. Və bu, məni onu daha sərt döyməyə həvəsləndirir. O, bu titulu qazanıb və mən onu əlindən almaq istəyirəm. Bu döyüş haqqında yalnız bir şey deyə bilərəm: bütün döyüşü, bütün 15 dəqiqəni onunla başa vurmağa çalışacağam”, - Fiziyev UFC mətbuat xidmətinə verdiyi müsahibədə deyib.
